“Bayraktara tost qaldırmağı unutma, Nikol!”
Paşinyanın ötən gün Ankaraya səfər edərək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılması siyasətçinin hiddətinə səbəb olub.
“Bayraktara tost qaldırmağı unutma, Nikol!”, – deyə Eduard Şarmazanov Paşinyana səslənib.
“Nikol, Ərdoğanla stəkan şaqqıldadanda xatırla ki, Şuşanı əldə edəndən sonra “böyük qardaşınız” Ərdoğan demişdi: “Ənvər paşanın ruhu şad oldu, qardaşlarımız Şuşanı ələ keçirdilər”, – deyə erməni siyasətçi mənfur niyyətini ortaya qoyub./Konkret.az
AzVision.az
Teqlər: Paşinyan