Qəri Counz: “Naxçıvanın günəş enerjisi baxımından çox böyük potensialı var”

  Qəri Counz:  “Naxçıvanın günəş enerjisi baxımından çox böyük potensialı var”
  03 İyun 2023    Oxunub:890
“Naxçıvanın günəş enerjisi baxımından çox böyük potensialı var”
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində BP-nin regional prezidenti Qəri Counz deyib.

“Burada günəş panellərinin quraşdırılması və geniş ixrac potensialı yaratmaq üçün əlverişli şərait mövcuddur. Biz bu barədə çox eşitmişik və mən düşünürəm ki, bu region üçün çox böyük fürsətdir. Keçən il enerji layihələri üçün Şuşada görüşmüşdük. Bu il də Naxçıvanda qismət oldu. Səmimi deyim ki, bura gəlmək hər insana nəsib olmur. Buna görə özümü şanslı hesab edirəm. Günün davamında Naxçıvanın tarixi-mədəni yerlərini kəşf etmək üçün səbirsizlənirəm”, - o qeyd edib.

AzVision.az



Teqlər: Naxçıvan   Günəş   Enerji  






Xəbər lenti