Macarıstan XİN: "Ukrayna ilə bağlı mövqeyimiz dəyişməyəcək"

      Macarıstan XİN:    "Ukrayna ilə bağlı mövqeyimiz dəyişməyəcək"
  03 İyun 2023    Oxunub:1159
Ukrayna siyasətçilərinin bir gün əvvəl Moskva ilə Kiyev arasında atəşkəs və sülh danışıqlarına ehtiyac olduğunu elan edən baş nazir Viktor Orbanı tənqid etmələri səbəbindən Budapeşt Ukraynadakı münaqişə ilə bağlı mövqeyini dəyişməyəcək.
Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib. O vurğulayıb ki, ölkə hakimiyyəti bundan sonra da silahlı münaqişəyə son qoyulması və insan həyatının xilas edilməsi zərurətində israr edəcək.

“Baş nazir sülhün tezliklə bərqərar olmasını bir daha dəstəklədikdən sonra ukraynalı siyasətçilər Viktor Orbana hücum edib. Sülh partiyası siyasətçiləri davamlı olaraq hücuma məruz qalır və tənqid edilir, lakin təslim olmur. Hər kəs nəhayət görməlidir: döyüş meydanında bu müharibənin həlli yoxdur! Yalnız ölülər var! Qərar danışıqlar masasındadır”.

AzVision.az


Teqlər:





Xəbər lenti