“Əks hücum hər an başlaya bilər” - Ukraynalı hərbi ekspert (Müsahibə)
- Şəhər uğrunda şiddətli döyüşlərin bütün dövrü ərzində nizami rus qoşunları tam bacarıqsızlıq nümayiş etdirdilər, odur ki, Moskva hərbi əməliyyatlara “vaqner”çiləri və çeçenləri cəlb etmək məcburiyyətində qaldı. Bütün bu müddət ərzində başqa istiqamətlərdə, o cümlədən arxa cəbhədə qoşunlarımızın yenidən qruplaşdırılması, təlimi gedirdi. Söhbət Ukrayna Silahlı Qüvvələrinin hücum qvardiyasından gedir.
- Rusiya Ukrayna şəhərlərini bombalamağa davam edir. Ukrayna Silahlı Qüvvələri bildirib ki, Kiyevə son raket hücumu tamamilə dəf edilib və bütün raketlər, o cümlədən “Kinjal”lar havada məhv olunub. Rusiya Federasiyasının üdafiə Nazirliyi əksini deyir. Hansı düzdür?
- Əlbəttə, müharibə müharibədir və hər bir tərəf itkilərini gizlətməyə, ordusunun uğurlarını daha çox reklam etməyə çalışır. Hər bir tərəf rəqibinin itkilərinin sayını şişirdir. Aktiv döyüşlərin davam etdiyi ərazilərin əhalisindən və müharibənin gedişatını daim izləyən analitiklərdən, hərbi ekspertlərdən və müxbirlərdən gizlədilə bilinməyən tamamilə obyektiv şeylərə gəlincə, bu halda spekulyasiya etmək mümkün deyil. Rusiya qüvvələri tərəfindən atılan raketlərin, pilotsuz təyyarələrin, döyüş sursatlarının mülki obyektlərə, yaşayış binalarına, məktəblərə, xəstəxanalara, uşaq bağçalarına tuş gəlməsi danılmaz faktdır və bunu dünyanın ən populyar mediası, o cümlədən, Qərb mətbuatı dərc edir. Onlar bu foto və videoların həqiqiliyinə şübhə etsəydilər, heç vaxt yaymazdılar.
Ukrayna şəhərlərinə, o cümlədən, Kiyevə atılan “kinjal”lara və digər raketlərə gəlincə, onların hamısı Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Mən Kiyev sakini kimi onların paytaxtımızın səmasında məhv edilməsininə şəxsən şahid olmuşam və bunu təsdiqləyə bilərəm. Onu da əlavə edim ki, son iki ay ərzində Kiyevə pilotsuz təyyarələr və raketlərlə hücumlar baş tutmayıb. Daim həyəcan siqnalları verilir, vurulmuş təyyarə və raketlərin qalıqları düşür.
- Ukrayna Silahlı Qüvvələrinin mümkün əks hücumu hərbi dairələrdə və ekspert arasında ən çox müzakirə edilən mövzudur. Məlumatlar olduqca ziddiyyətlidir. Sizcə, Ukrayna ordusunun hücumunu nə vaxt gözləmək olar?
- İstənilən vaxt gözləmək olar. Amma unutmaq olmaz ki, bu əks-hücum gözlənilməz olacaq. Hazırkı texniki imkanlara görə hücumu gizlətmək praktiki olaraq mümkün deyil. Ona görə də, Ukrayna daim “qurdlar, canavarlar!” deyə qışqıran çobanın üsulundan istifadə edir. Biz davamlı olaraq “hücum başlamaq üzrədir” deyirik. Mart, aprel və may aylarında belə olub. Amma indi vəziyyət elədir ki, Ukrayna artıq əks hücuma tam hazırdır. Qoşunlar yaxşı silahlanıb, təchiz edilib. Bu hər an baş verə bilər.
Qafqaz Ömərov
AzVision.az üçün