Ərdoğanın andiçmə mərasiminə 20 prezident gələcək

   Ərdoğanın andiçmə mərasiminə 20 prezident gələcək
  02 İyun 2023    Oxunub:1029
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də keçiriləcək andiçmə mərasimində azı 20 dövlət başçısının və 45 nazirin iştirakı gözlənilir.
NATO-nun baş katibi Yens Stoltenberq də mərasimdə iştirak etmək üçün Ankaraya gələcək. Türkiyə liderinin şənbə gününə planlaşdırılan zəngin proqramı var. Buraya Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət etmək, Böyük Millət Məclisində and içmək, eləcə də kabinetinin yeni tərkibini elan etmək daxildir.

Bir qədər əvvəl parlamentdə millət vəkillərinin andiçmə mərasimi başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğan mərasimi onun üçün ayrılmış lojadan izləyir. Bu gün 600 deputat and içərək Türkiyə Böyük Millət Məclisində fəaliyyətə başlayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti