"Çörəyin, avtomobilin qiyməti qalxan kimi..." - Əli Məsimli

   "Çörəyin, avtomobilin qiyməti qalxan kimi..." -    Əli Məsimli
  01 İyun 2023    Oxunub:923
"Dünya elektron avtomobilə keçir. Azərbaycanda söhbət avtomobil yığmaqdan gedirsə, ən asan yığılan elektron avtomobillərdir".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə komitə iclasında deputat Əli Məsimli deyib.
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası fondu yaradılacaq


"Dünyanın hansı ölkəsinin adını çəkmək olar ki, o ölkəyə gətirilən avtomobildən alınan rüsumlar və s. üst-üstə yığılanda onun gömrük gəlirinin 3-də iki hissəsinə, bəzən hardasa 80-90 faizinə bərabər olsun. Həddən artıq insafsız göstəricilərdən alınan vəsaitin bir hissəsinin Utilizasiya Fonduna keçirilməsini, ümumiyyətlə, vətəndaşlardan bu sahədə heç bir vəsaitin alınmaması varinatını təklif edirəm", - deyə deputat bildirib.

Ə.Məsimli qeyd edib ki, o qədər ağır rüsumlardan sonra vətəndaş əlavə nə isə ödəyəcəksə, bu qiymətlərin artmasına təsir göstərəcək:

"Çörəyin, avtomobilin qiyməti qalxan kimi, bu, psixoloji cəhətdən başqa məhsulların qiymətinin qalxmasına təsir göstərir".

AzVision.az


Teqlər:   ƏliMəsimli  





Xəbər lenti