Mask yenidən dünyanın ən zəngini oldu

   Mask yenidən dünyanın ən zəngini oldu
  01 İyun 2023    Oxunub:676
ABŞ-li milyarder İlon Mask yenidən dünyanın ən zəngin insanı olub.
United Press International (UPI) xəbərinə görə, aprel ayında "dünyanın ən zənginləri" siyahısında birinci olan Bernard Arnaultun sahibi olduğu LVMH şirkətinin səhmləri ucuzlaşdıqdan sonra bu kürsüyə yenidən Mask keçib.

Bloomberg Milyarderlər İndeksinin "Dünyanın ən zəngin 500 adamı" siyahısında da "Twitter", "Tesla" və "SpaceX" şirkətlərinin sahibi Mask 192 milyard dollar təxmin edilən xalis sərvəti ilə siyahıya başçılıq edir.

Arnaultun sərvəti isə 187 milyard dollara qədər azalıb.

“Dünyanın ən zəngin adamları” siyahısında "Amazon"un sahibi Ceff Bezos 144 milyard dollar sərvətlə 3-cü, "Microsoft"un sahibi Bill Qeyts isə 125 milyard dollarla siyahıda 4-cü yerdə qərarlaşıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti