Paşinyan Moldovada erməni icması ilə görüşdən imtina etdi

   Paşinyan Moldovada erməni icması ilə  görüşdən imtina etdi
  01 İyun 2023    Oxunub:762
Mayın 31-də Moldovanın paytaxtına gedən Ermənistanın baş naziri Nikol Paşinyan Kişinyovun erməni icması ilə görüşməkdən imtina edib.
AzVision.az xəbər verir ki, bu barədə “Hraparak” qəzetinə Kişinyovdakı erməni icmasının rəhbəri Venera Muşeq məlumat verib.

Fransadakı erməni icması Paşinyanla görüşdən imtina etdi
Muşeqin sözlərinə görə, ləğv edilən görüş iyunun 2-də yerli vaxtla saat 10:00-da Manuk bəy Mirzoyanın ev-muzeyində keçirilməli imiş.

Görüşün təxirə salınmasının səbəbi barədə məlumatsız olduğunu deyən icma rəhbəri bəzi təfərrüatları da açıqlayıb: "Görüşdə iştirak edəcək şəxslərin siyahısında ilk olaraq diaspor rəhbəri kimi mənim adım yazılmışdı. Amma sonra adımın üstündən xətt çəkdilər ki, belə bir adam tədbirdə olmamalıdır. Buna etiraz olaraq cavab verdim ki, mən Moldovada erməniləri təmsil edirəm. Ona (Ermənistanın baş naziri - red.) suallarım var. O zaman niyə görüşdə iştirak etməməliyəm?”, - deyə Muşeq bildirib".

Xatırladaq ki, Nikol Paşinyan Fransaya səfər edən zaman da oxşar problem yaranmışdı. O zaman Parisdəki erməni icması onunla görüşdən imtina etmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Moldova   İcma  





Xəbər lenti