Ermənistanda taxıl sahələri 2,5 dəfə azalıb |
Mütəxəssis arıçılıq sahəsindəki arzuolunmaz hallardan danışarkən ən ciddi problemlər sırasında balın keyfiyyətinin sertifikatlaşdırılması ilə bağlı arzuolunmaz halları da qeyd edib.
"Söhbət ciddi məbləğlər tələb edən ekosertifikasiyadan gedir. Bu məbləği xərcləyən arıçı, xüsusən də kiçik təsərrüfatlarla o pulu geri qaytara bilməyəcək", - ekspert gileylənib.
Nazaryan həmçinin qeyd edib ki, bu il yanvarın 1-dən arıçılara faizsiz kreditlərin verilməsində dövlət subsidiyalarının ləğvi də arıçılara ciddi problemlər yaradır.
"Çoxları ümid edirdi ki, subsidiyalar bərpa olunacaq. Lakin təəssüf ki, bərpa olunmayıb. Bu, ciddi bir biznesdir. Hansı ki, hər il yazda kredit götürüb payızda qaytarmaq prinsipi ilə mövsümi işlər qurulur", - Nazaryan vurğulayıb.
Maraqlıdır ki, Ermənistanda arıların müalicəsi problemi də digər ölkələrə baxanda xeyli dərindir. Milli Arıçılar Assosiasiyasının nümayəndəsinin sözlərinə görə diaqnostika və müalicə o qədər bahadır ki, arıçı arı ailəsini satsa belə, o pul ödəyə bilməyəcək.
Xatırladaq ki, 2011-ci ilə qədər fermerlər üçün kütləvi informasiya vasitələri, xüsusən də televiziya ilə bağ və əkin sahələrinə pestisidlərin vurulması barədə məlumatlar verilirdi. Sonradan bu işi "Armles" öz üzərinə götürdü.
Qeyd edək ki, arıçılıq Ermənistanda kənd təsərrüfatının aparıcı sahələrindən biridir. Fermerlər hər il artan bal problemləri ilə üzləşirlər. Çünki 30 illik işğal dövründə erməni fermerlərin əksəriyyəti Kəlbəcər və digər Azərbaycan rayonlarının dağlarından yararlanırdılar.
Tural Tağıyev
AzVision.az