Azərbaycan və Moldova arasında üzümçülük sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Moldova arasında üzümçülük sahəsində əməkdaşlıq müzakirə edilib
  31 May 2023    Oxunub:822
Azərbaycanla Moldova arasında üzümçülük sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Kişineuda Moldovanın Baş naziri Dorin Reçanla görüşündə bildirilib.

Söhbət zamanı Azərbaycan ilə Moldova arasında kənd təsərrüfatı, elektroenergetika, sərmayələr, infrastruktur layihələri ilə bağlı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edildi. Moldovanın üzümçülük və şərabçılıq sahəsində geniş təcrübəsinin, Azərbaycanın da bu sahədə zəngin ənənələrinin olduğu vurğulandı. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olduğu bildirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti