İranın dövlət mediası: "Tehran MAQATE ilə problemi həll edəcək"

   İranın dövlət mediası:    "Tehran MAQATE ilə problemi həll edəcək"
  31 May 2023    Oxunub:700
Son vaxtlar İranın nüvə silahı istehsal etmək cəhdləri barədə yayılna məlumatlar xeyli intensivləşib. Bu isə öz növbəsində bəzi ölkələri, xüsusilə də İsrail və ABŞ-ni ciddi şəkildə narahat edir. Sözsüz ki, bu kontekstdə qlobal nüvə problemlərinə məsul olan Beynəlxalq Atom Enerjisi agentliyi (MAQATE) cərəyan edən hadisələrdən kənarda qala bilməz.
AzVision.az xəbər verir ki, nə qədər təəccüblü səslənsə də, İranın dövlət mediası Tehranla MAQATE arasında iki nüvə məsələsinin öz həllini tapdığını iddia edir. Dövlət mediasının yaydığı xəbərə görə, İran MAQATE-nin “Abadə” adlı elan olunmamış nüvə sahəsinə girişinə icazə verib.

Son iki ildə Beynəlxalq Atom Enerjisi agentliyi dəfələrlə İrandan uran hissəciklərinin aşkarlandığı, lakin elan olunmamış üç yerlə bağlı izahat tələb edib. MAQATE-nin Baş direktoru Rafael Qrossi bu tələb çərçivəsində İranın hələ də Mərivan, Abadə və Torquzabad ərazilərində əldə edilən uran izləri ilə bağlı etibarlı və inandırıcı cavablar vermədiyini açıqlayıb.

Maraqlıdır ki, İranın dövlət mediası Tehrandan Abadədə aşkarlanan uranın mənşəyi ilə bağlı izahatın tələb olunması məsələsinə toxunmayaraq, yalnız MAQATE-nin ekspertlərinə bu əraziyə girişə icazəsi verildiyi və işin tezliklə bağlanacağını bildirilir.
Həmçinin xəbərdə İranın Fordu nüvə təsisatında təxminən 84% zənginləşdirilmiş uranın tapılması məsələsinin İranın texniki izahatları ilə həll olunduğu deyilir.

AzVision.az


Teqlər: MAQATE   İran  





Xəbər lenti