Ermənistanda separatçıların "bayraqları" yığışdırılır?
“Hayastan” müxalifət fraksiyasından olan deputat Artur Xaçatryanın məktəblərin birində yeni təyin olunmuş direktorun qondarma "Dağlıq Qarabağ" bayrağını götürməsi ilə bağlı sual ünvanlayıb: “Bilmək istərdim ki, nazirlikdən belə bir göstəriş olub, yoxsa direktor öz təşəbbüsü ilə belə hərəkət edib?”. Andreasyan isə cavab verib ki, göstərişlər Ermənistan Respublikasının bayrağına aiddir. Başqa hansısa göstəriş verilməyib.
“Biz sizin dediyiniz məsələni dəqiqləşdirməyə çalışacağıq”, - nazir əlavə edib.
Qeyd edək ki, aidiyyəti nazirliyin son göstərişi ilə ümumtəhsil və idman məktəbləri, universitetlər və s. yerlərdə Ermənistanın bayrağını lazımi qaydada (təmiz, bütöv, lazımi hündürlükdə) saxlamalıdırlar.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan