Prezident torpaqlarımızı azad edən gənclərin qəhrəmanlığından danışıb

“Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər”, - söyləyən dövlətimizin başçısı qeyd edib ki, Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyən Prezident İlham Əliyev onların qəhrəmanlığının heç vaxt unutmayacağını bildirərək deyib: “Onların qəhrəmanlığı, şücaəti sayəsində biz, bax, bu gün burada oturmuşuq və bu gün bu torpaqlarda həyat canlanır”.
AzVision.az
Teqlər: Prezident