Ukraynalı hərbçilər “Abrams” tanklarında təlimlərə başlayıb
“Ukraynalı hərbçilər Almaniyanın “Qravenfor” və “Hoenfels” bazalarında “Abrams” tanklarının idarə edilməsi üzrə ümumqoşun təlimlərinə başlayıb”, - deyə Pentaqondan bildirilib.
Artıq bir neçə aydır ki, mətbuatda Ukrayna Silahlı Qüvvələrinin mümkün əks-hücumu mövzusu geniş müzakirə olunur. Rusiya hakimiyyətinin fikrincə, Qərb ölkələri tərəfindən Ukrayna ordusunun gözlənilən hücumunun açıq müzakirəsi onların münaqişədə bilavasitə iştirakını təsdiq edir.
AzVision.az
Teqlər: