Əsədullah Əsədini azad edən Belçika hökuməti tənqid hədəfinə çevrildi

   Əsədullah Əsədini azad edən Belçika hökuməti  tənqid hədəfinə çevrildi
  27 May 2023    Oxunub:1099
Bir neçə gün əvvəl İranın keçmiş diplomatı və terror aktlarında təqsirli bilinən Əsədullah Əsədini İranda həbsdə olan belçikalı yardım işçisi Olivier Vandekastelə dəyişdirdiyinə görə Belçika hökumətinə ciddi iradlar tutulub.
AzVision.az xəbər verir ki, “Amnesty international” təşkilatının yaydığı bəyanatda ötən ilin fevralında İranda casusluq ittihamı ilə 12 il həbs cəzasına məhkum edilmiş belçikalı yardım işçisinin azadlığa buraxılması müsbət hal kimi vurğulnasa da, Əsədullah Əsədini azadlığa buraxan Belçika hökuməti ciddi şəkildə tənqid olunub.

“Belçika hökuməti Əsədulla Əsədi İrana təhvil verməklə İran hökuməti üçün toxunulmazlıq mühiti yaradıb ki, məhkəmədən kənar tədbirlər, işgəncələr və digər yaramaz davranışlarla öz iranlı müxaliflərini hədəfə alsın. Əsədinin azadlığa buraxılması qurbanların ədalət, təzminat və bu cür pozuntuların təkrarlanmayacağına zəmanət hüququna da zərbə vurub”, - bəyantda deyilir.

Qurumun bəyanatında bildirilir ki, beynəlxalq ictimaiyyət, o cümlədən Belçika və digər Avropa hökumətləri, Tehranın insan haqlarına qarşı məhkəmədənkənar və transsərhəd hərəkətlərini cəzalandırmaq üçün beynəlxalq hüquqa əsaslanan öhdəliklərinə məhəl qoymadıqca, İranın xaricdəki müxalifləri İran hökumətinin agentləri tərəfindən daha böyük təhlükəyə məruz qalacaqlar.

Girovların mübadiləsinə öz Tvitter səhifəsində münasibət bildirən şahzadə Rza Pəhləvi də belə addımların İranı daha çox girov götürməyə və “terrorçu” hərəkətlərə sövq edəcəyini yazıb.
“Avropalı qanunvericilər və siyasətçilər ilə görüşlərimdə dəfələrlə vurğulamışam ki, onların girovlarını rejimin terrorçuları ilə dəyişdirmək nəinki İranın girov götürmə və terroruna son qoymayacaq əksinə, bu rejimi daha çox girov götürməyə və daha çox terror aktları törətməyə təşviq edir. Mən dəfələrlə bu görüşlərdə onlara demişəm ki, həll güc mövqeyindən koordinasiyalı fəaliyyətdədir: İrandan səfirlərinizi geri çağırın və eyni zamanda rejimin səfirlərini ölkədən çıxarın”, - Rza Pəvləvi bildirib.
Sahzadə onlardan SEPAH-ı dərhal terror təşkilatları siyahısına salmağı, İran xalqına layiq olduğu, əvəzini ödədikləri azadlıq və demokratiyaya nail olmağa dəstək göstərməklərini xahiş etiyini deyib.

2018-ci ildə Mücahid Xalq təşkilatı tərəfdarlarının konfransının bombalanması planının hazırlanmasında və həyata keçirilməsində fəal rol oynadığı məlum olan Əsədulla Əsədi 2021-ci ildə başa çatqan məhkəmə prosesində 20 il həbs cəzasına məhkum edilmişdi.

Sahil İsgəndərov
Kamran İsayev


AzVision.az


Teqlər: İran   Belçika  





Xəbər lenti