Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları - YENİLƏNİB
Litvaya son səfərinizdə Sizinlə görüşməkdən çox məmnun oldum. Mən bizim iqtisadiyyat, innovasiya və ətraf mühitin mühafizəsi də daxil olmaqla əməkdaşlığımızın genişspektrli məsələləri, o cümlədən Cənubi Qafqazda təhlükəsizliyin vəziyyəti, Rusiya-Ukrayna müharibəsinin nəticələri ilə bağlı apardığımız müzakirələrimizi yüksək qiymətləndirirəm. Ümidvaram ki, bu səfər Sizin üçün də məhsuldar olub və Vilnüsdə imzalanmış müqavilələr ölkələrimiz arasındakı münasibətlərin gələcək inkişafına geniş imkanlar açacaq.
Litva ilə Azərbaycan arasında sıx və məhsuldar tərəfdaşlıq əlaqələri mövcuddur. Litva Avropa İttifaqının Azərbaycanla dialoqunun inkişafına güclü dəstək verir. Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda bizim tərəfdaşlığımız daha da əhəmiyyətlidir. Ümidvaram ki, Ukrayna qalib gələnə qədər ona hərtərəfli dəstək vermək və Rusiyaya qarşı sanksiyaların həyata keçirilməsini təmin etmək istiqamətində əməkdaşlıq fəaliyyətimizi davam etdirəcəyik.
İcazə verin, ikitərəfli qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edim. Litva ilə Azərbaycan arasında informasiya texnologiyaları, istehsal, qida sənayesi və bərpa olunan enerji sahələrində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur.
Milli bayramınız münasibətilə Sizi bir daha təbrik edirəm. Cənab Prezident, ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş də Prezident İlham Əliyevi təbrik edib. Məktubda deyilir:
“Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan Respublikasının bütün vətəndaşlarına ən səmimi salamlarımı çatdırmaq istəyirəm.
Yoxsulluq və bərabərsizlikdən tutmuş, silahlı münaqişə və iqlim dəyişikliyinə qədər dünyamızın üzləşdiyi təhdidlər həmrəyliyə, qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan birgə fəaliyyət tələb edir.
Daha yaxşı gələcəyə nail olmaq üçün hər bir ölkə öz milli hüdudlarından kənar aləmi də görməyi bacarmalı və harada yaşamasından asılı olmayaraq bütün xalqlar üçün sülhü, insan hüquqlarını, firavanlıq və davamlı inkişafı daha da möhkəmləndirmək səylərini dəstəkləməlidir.
Birləşmiş Millətlər Təşkilatı bu əlamətdar günü qeyd edən Azərbaycan Respublikasının bütün xalqına qoşulur. Biz xalqlar və bütövlükdə planetimiz üçün daha yaxşı, daha sağlam və daha təhlükəsiz gələcəyi təmin etmək uğrunda birgə fəaliyyətimizi davam etdirməyi arzulayırıq.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi təbrik edirəm.
Əminəm ki, indi iqlim dəyişikliyi, bununla əlaqədar sosial və iqtisadi çağırışlar, enerji qıtlığı, hibrid təhlükələr və həmçinin qlobal təhlükəsizliyə təhdid olan bir sıra amillər beynəlxalq əməkdaşlığa hər zamankından daha çox ehtiyac yaradır.
Hörmətli cənab Prezident, Sizə və Azərbaycan vətəndaşlarına sülh, inkişaf, firavanlıq, tərəqqi arzu edirəm. İnanıram ki, ölkələrimiz arasında münasibətlərin inkişafı xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə uğurla davam edəcəkdir”.
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov da Prezident İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu! Sizi və bütün qardaş Azərbaycan xalqını ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan Respublikası tərəqqi və dinamik inkişaf yolu ilə inamla irəliləyir, regional və beynəlxalq proseslərdə mühüm rol oynayır.
Son illər ərzində ölkələrimiz arasında münasibətlərin nəzərəçarpacaq dərəcədə fəallaşmasını, yeni məzmunla zənginləşməsini qeyd etmək fərəhlidir. Əminik ki, Türkmənistan və Azərbaycan Respublikası arasında dostluq, mehriban qonşuluq əlaqələri ümumi rifah naminə bundan sonra da artan xətt üzrə inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, səadət, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayıram”.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezidenti İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu! Sizi və bütün qardaş Azərbaycan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizin ölkəniz bu əlamətdar günü ümummilli birliyə, sosial-iqtisadi inkişafda böyük nailiyyətlərə, beynəlxalq aləmdə yüksək nüfuza malik olan bir dövlət statusunda qarşılayır.
Əminəm ki, Sizin güclü liderliyinizlə Azərbaycan yüksək məqsədlərini və inkişaf edən dövlət quruculuğu vəzifələrini həyata keçirərək dayanıqlı inkişaf yolunda irəliləməyi davam etdirəcək.
Keyfiyyətcə yeni məzmunun əlavə olunduğu, strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə tam şəkildə cavab verən Qazaxıstan-Azərbaycan əməkdaşlığının yüksək dinamikasını böyük məmnunluqla qeyd edirəm.
Hörmətli İlham Heydər oğlu, bu təntənəli gündə Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə firavanlıq və tərəqqi diləyirəm”.
Hindistan Respublikasının Prezidenti Draupadi Murmu Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Təbrikdə deyilir:
“Zati-aliləri! Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Hindistan hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə, hökumətinizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
Hindistan və Azərbaycan arasında tarixi köklərə söykənən əlaqələr mövcuddur. Son zamanlar Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. Ümidvaram ki, əməkdaşlığımız qarşılıqlı hörmət və maraqlar əsasında daha da inkişaf edəcək.
Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
“Cənab Prezident! Braziliya hökuməti, xalqı adından və şəxsən öz adımdan Zati-alinizi Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram.
Xalqlarımızın qarşılıqlı mənafeyi naminə ölkələrimizi birləşdirən dostluq əlaqələrini möhkəmləndirmək üçün Braziliyanın Azərbaycanla birgə işləməkdə davam etməyə hazır olduğunu bir daha vurğulayıram.
Möhtərəm cənab Prezident, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin”.
Niderlandın Kralı Villem-Aleksandr Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır və Azərbaycan xalqına firavanlıq arzu edirəm”.
AzVision.az
Teqlər: