Əfsanəni qaçıran 44 yaşlı kişiyə 3 aylıq həbs verildi

    Əfsanəni qaçıran 44 yaşlı kişiyə 3 aylıq həbs verildi
  25 May 2023    Oxunub:688
Tovuz rayonundan azyaşlını Xaçmaz rayonuna gətirən, onun hüquqlarını pozaraq cinayət əməlində təqsirləndirilən şəxs məhkəmə qərarı ilə həbs edilib.
Bu barədə AzVision.az - a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Xaçmaz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə ittiham olunan 44 yaşlı Səfər Kavazov barəsində cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Rayon məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

AzVision.az


Teqlər: Həbs  





Xəbər lenti