Almaniya texniki tənəzzülün başlanğıcında
Nəşr Avropanın ən böyük iqtisadiyyatının, xüsusən də Rusiyanın Ukraynada əməliyyatına başlaması və Moskva ilə münasibətlərin pozulması səbəbindən ciddi təzyiq altında olduğuna işarə edib. Bazar ekspertləri əlavə ediblər ki, tənəzzül əslində 2022-ci ilin sonunda, enerji qiymətlərində kəskin artımın istehlakçıları vurduğu vaxt başlayıb.
Eyni zamanda, ÜDM-in azalmağa davam edəcəyi ehtimalı azdır, lakin kəskin iqtisadi artım da olmayacaq. Məqalə müəlliflərinin fikrincə, iqtisadi inkişafın azalması bütün Avropa regionunda faiz dərəcələrinin artması və yüksək inflyasiya fonunda baş verir. Bundan əlavə, Avropa Mərkəzi Bankının (AMB) iyunun 15-də keçiriləcək iclasında daha bir faiz artımı gözlənilir. Bütün bunlar həm istehlaka, həm də investisiyaya təsir edəcək.
AzVision.az
Teqlər: