Brejnev Kiyevin fəxri vətəndaşı titulundan məhrum edildi

   Brejnev Kiyevin fəxri vətəndaşı titulundan məhrum edildi
  25 May 2023    Oxunub:1135
Kiyev Şurasının deputatları Sov.İKP MK-nın baş katibi Leonid Brejnevin Kiyevin fəxri vətəndaşı titulundan məhrum edilməsinə səs veriblər. Bu barədə “Strana” nəşri məlumat yayıb.
“Kiyev Şurası SSRİ-nin baş katibi Leonid Brejnevi Kiyevin fəxri vətəndaşı adından məhrum edib”, - deyə məlumatda deyilir.
Brejnevin 3 əsas ehtirası


Bundan əvvəl bildirilmişdi ki, son sutka ərzində Ukraynanın qərbindəki Zakarpat və Lvov vilayətlərində sovet əsgərlərinə ucaldılmış 5 abidə sökülüb.

Mayın 3-də Ukrayna Ali Radası Rusiya və SSRİ ilə əlaqəli abidələrin və digər tikililərin sökülməsi prosedurunu sadələşdirən qanun qəbul edib. Söhbət “Mədəni irsin mühafizəsi haqqında” qanuna dəyişiklikdən gedir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Brejnev  





Xəbər lenti