Ruslar Avropaya Gürcüstan üzərindən uçacaq

   Ruslar Avropaya Gürcüstan üzərindən uçacaq
  25 May 2023    Oxunub:712
Gürcüstanın "Georgian Airways" aviaşirkəti ruslar üçün Avropaya tranzit uçuşlar həyata keçirəcək. Bu barədə RTVI-ya şirkətin təsisçisi Tamaz Qayaşvili məlumat verib.
Onun sözlərinə görə, iyunun 15-dən Rusiya vətəndaşları bir transferlə Avropanın beş şəhərinə uçuşlar əldə edəcəklər.

Yerli turistlər Tbilisidən Milan, Paris, Vyana, Larnak və Salonikiyə uça biləcəklər.
Georgian Airways Gürcüstan prezidentini persona non qrata elan etdi


Qeyd edək ki, mayın 19-da dörd ildən sonra Rusiyadan Gürcüstana ilk birbaşa uçuş baş tutub. Rusiya ilə Gürcüstan arasında hava əlaqəsi ilk dəfə 2006-cı ilin oktyabrında kəsilib.

Bu, Gürcüstan tərəfinin casusluqda ittiham etdiyi rus zabitlərinin sentyabrın 27-28-də Gürcüstanda həbsi ilə bağlı qalmaqal fonunda baş verib. 2008-ci ilin avqustunda Cənubi Osetiyada baş verən hadisələrdən sonra Gürcüstanla Rusiya arasında hava əlaqəsi ikinci dəfə kəsilib.

Üçüncü dəfə isə müxalifətin təşkil etdiyi anti-Rusiya etirazları fonunda 2019-cu il iyulun 8-dən hava əlaqəsi dayandırılıb. Buna səbəb Dövlət Dumasının deputatı Sergey Qavrilovun Gürcüstanda keçirilən Beynəlxalq Pravoslav Assambleyasının Baş Assambleyasının sessiyasında iştirakı olub.

4 ildən sonra ilk: Tbilisiyə Rusiya təyyarəsi endi - VİDEO

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Rusiya   Gürcüstan  





Xəbər lenti