Şoyqu Ukraynadakı Qərb silahlarının ümumi dəyərini açıqlayıb

   Şoyqu Ukraynadakı Qərb silahlarının ümumi dəyərini açıqlayıb
  25 May 2023    Oxunub:735
"Qərb ölkələri Ukraynaya 65 milyard dollardan çox dəyərdə silah çatdırıb".
AzVision.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Minskdə KTMT-nin Müdafiə Nazirləri Şurasının iclasında deyib. Onun sözlərinə görə, Qərb ölkələri Kiyevi taktiki uğur nümayiş etdirməyə, itkilərlə hesablaşmamağa məcbur edir.

Şoyq qeyd edib ki, Qərb ölkələri Kiyevə müdafiə yardımı göstərməklə yalnız silahlı münaqişənin müddətini uzadır və onun gərginləşməsinə töhfə verir.

Şoyqu bildirib ki, hazırda Ukrayna tərəfində xarici ölkələrdən 2,5 mindən çox muzdlu döyüşür.

Müdafiə naziri əlavə edib ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın hərəkətlərinə, məsələn, Belqorod vilayətinə ukraynalı diversantların daxil olması ilə bağlı operativ və son dərəcə sərt cavab verməyə davam edəcək.


Teqlər:





Xəbər lenti