"Kılıçdaroğlu əyləcləri xarab olan ABŞ spikeridir" - Soylu

   "Kılıçdaroğlu əyləcləri xarab olan ABŞ spikeridir" -    Soylu
  25 May 2023    Oxunub:1105
"Kamal Kılıçdaroğlu əyləcləri "uğursuz" olan "ABŞ spikeri"dir". AzVision.az xəbər verir ki, bunu Türkiyənin daxili İşlər naziri Süleyman Soylu deyib.
“ABŞ seçkilərimizi ələ almaq üçün mövcud olan bütün üsullardan istifadə edir. İlk raundda məğlub oldular. Səhv başa düşməyin, ilk turda Kılıçdaroğlu yox, Vaşinqton uduzdu. Kılıçdaroğlu ABŞ spikeridir.

İnsanlar bizi sevməyə və bizdən məmnun olmaya bilərlər, ancaq bunu da qeyd etməliyəm ki Kılıçdaroğlunun təkliflərinin əhəmiyyətli bir hissəsi ABŞ və Avropanın ona etdiyi diqtələrdir”, - deyə nazir “Habertürk” telekanalına müsahibəsində bildirib.

Soylunun sözlərinə görə, Kılıçdaroğlu, ikinci turdan əvvəl seçki kampaniyası çərçivəsində "edilməməli olan işlərlə məşğul olur".

"Siyasət ardıcıllıq, səmimiyyət tələb edir" deyən Soylunun fikrincə, Kılıçdaroğlunun partiyası səmimiyyət göstərmir.

"Kılıçdaroğlu inanır ki, ölkə siyasətində partiyası daxilində istifadə etdiyi bütün üsullardan istifadə etsə, uğur qazanacaq. İkinci turda ciddi təcrübə qazanacaq. İndi əyləci xarab olub", - nazir bildirib.

Soylunun sözlərinə görə, Kılıçdaroğlunun partiyası tezliklə buraxılacaq.

Qeyd edək kiu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ilk turunda səslərin 49,52 faizini, onun rəqibi Kamal Kılıçdaroğlu isə 44,88 faiz səs toplayıb. Prezident seçkilərinin ikinci turu mayın 28-nə təyin edilib. Namizədin qalib gəlməsi üçün sadə səs çoxluğu lazımdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Kılıçdaroğlu  





Xəbər lenti