Poroşenkodan Türkiyə ilə bağlı mesaj

Poroşenkodan Türkiyə ilə bağlı mesaj
  27 May 2014    Oxunub:1049
`Ukrayna heç zaman Krımda keçirilən referendumun nəticələrini tanımayacaq. Bununla bağlı qonşumuz Türkiyə ilə eyni fikirləri bölüşürük. Türkiyə də Krım referendumunu tanımır və orada Rusiyanın mövcudluğunu qəbul etmir`.
Bu sözləri Ukraynada prezident seçkisində qalib gələn Pyotr Poroşenko söyləyib.

O deyib ki, ən yaxın zamanda Putinlə görüşərək, anlaşılmazlıqları həll etmək niyyətindədir. Bunun üçün Cenevrə prosesinini davam etdirəcəyini bildirən Poroşenki deyib ki, öncə Rusiya seçkinin nəticələrini tanımalıdır.

Donetsk və Luqanskda baş verənlərə toxunan Paraşenko bildirib ki, Ukraynada küçələrdə bir nəfər də olsun, silahlı insan qalmayacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti