“Yatsenyuk baş nazir postunda qalacaq”

“Yatsenyuk baş nazir postunda qalacaq”
  26 May 2014    Oxunub:1158
Ukraynada keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə liderlik edən Pyotr Poroşenko ölkənin Nazirlər Kabineti rəhbərinin dəyişilməsi üçün bir səbəb görmür.
AzVision.az-ın məlumatına görə, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

“Ukrayna Konstitusiyasına görə, prezident seçkiləri baş nazirin istefasını nəzərdə tutmur. Mən hesab edirəm ki, Arseniy Yatsenyukun bu postda fəaliyyəti hazırkı mərhələdə kifayət qədər uğurludur. Beynəlxalq təşkilatlardan köməyin əldə olunması üzrə qətiyyətli addımlar atıldı, Beynəlxalq Valyuta Fonundan kredit alındı və mən hesab edirəm ki, bizim Yatsenyukla əməkdaşlığımız gələcəkdə də effektiv olacaq”, - deyə Poroşenko bildirib

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti