Donetsk uğrunda döyüşlər gedir

Donetsk uğrunda döyüşlər gedir
  26 May 2014    Oxunub:1021
Ukraynanın Donetsk şəhərində hərbçilər və separatçılar arasında döyüşlər gedir.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən məlumat verir.

Hərbi komandanlığın verdiyi məlumata görə, ukraynalı əsgərlər Donetsk Beynəlxalq Hava Limanı ərazisinin terrorçulardan azad olunması əməliyyatlarına başlayıb.

Məlumata əsasən separatçılara təslim olmaq barədə verilən ultimatumun müddəti başa çatdıqdan sonra anti-terror əməliyyatlarının aktiv fazası başlayıb. əvvəlcə havaya “Su-25” tipli qırıcı təyyarə havaya qalxaraq terrorçular istiqamətində atəş açıb. Buna cavab olaraq separatçılar özlərində olan bütün növ silahlardan təyyarələri atəşə tutub. Bundan sonra işə “MİQ-29” tipli təyyarələr havaya qaldırılıb. Hazırda tərəflər arasında atışma davam edir.

Bundan əlavə helikopterlər vasitəsilə hava limanına desantlar endirilib. Hazırda onlar ərazinin separatçılardan təmizlənməsi prosesinə başlanılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti