Moskva Poroşenko ilə dialoqa hazırdır

Moskva Poroşenko ilə dialoqa hazırdır
  26 May 2014    Oxunub:934
Lavrov: ` Ukrayna xalqının iradəsinə hörmətlə yanaşırıq`
Rusiya Xarici İşlər naziri Serqey Lavrov, ölkəsinin Ukrayna xalqının iradəsinə hörmətlə yanaşdığını və ekzit polun nəticələrinə görə, prezident seçilmiş Petro Poroşenko ilə dialoq qurmağa hazır olduqlarını bildirib.

Səsvermələrin Ukraynanın əksər bölgələrində təşkil olunması faktı, özlüyündə müsbət haldır. Prezident Putinin dediyi kimi, biz Ukrayna xalqının iradəsinə hörmətlə yanaşacağıq",- deyə, Lavrov bildirib.
Onun sözlərinə görə, rəsmi Moskvanın Poroşenko ilə dialoq qurmağa hazırdır: " Petro Poroşenkonun Rusiya ilə dialoq qurulmasına böyük önəm verdiyini eşitdik. Biz Kiyevin rəsmi nümayəndəsi, Petro Poroşenko ilə dialoq qurmağa hazırıq. Biz də dəfələrlə Kiyev təmsilçiləri , eləcə də Poroşenko ilə dialoqa hazır olduğumuzu bəyan etmişik.

Bununla yanaşı, Rusiya xarici işlər nazirliyin rəsmi Kiyevin Ukraynanın şərqində ”anti-terror əməliyyatlarını” bərpa etmək istəyini pisləyib. Lavrov bunu “çox böyük bir səhv” adlandırıb.

“Ümid edirik ki, Petro Poroşenko, prezident səlahiyyətləti təsdiq olunduqdan sonra belə ekstremist-radikal əhval-ruhiyyəli addımlar atılmasına yol verməyəcək, - deyə Lavrov Poroşenkoya `mesaj` göndərib.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti