Ermənistanda kişi qalmayacaq - VİDEO

Ermənistanda kişi qalmayacaq - VİDEO
  26 May 2014    Oxunub:1149
`Belə getsə bir başıpapaqlı qalmayacaq`, deyə erməni mətbuatı yazır. Söhbət iqtisadiyyatı demək olar ki, sıfıra bərabər olan Ermənistanda sağ qala bilmək üçün bir parça çörək dalınca xarici ölkələrə üz tutanlardan gedir.

Məlumata görə, qonşu ölkənin əksər şəhər və rayonlarında qazanc dalınca gedən kişilərin sayı daha da artıb. Əgər əvvələr 40 % kişilər ölkəni tərk edirdisə, indi bu göstərici 70 %-dir. Kişi cinsinin yeganə təmsilçiləri qocalar, əli iş tutmayan gənclər və uşaqlardır.

Qeyd edək ki, Ermənistanın əksər rayonlarında əhalinin məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Lap ibtidai icma quruluşunda olduğu kimi, irriqasiya sistemi belə yoxdur. “Kəndçilərin yeganə pənah yeri təbiətdir ki, hava şəraiti əlverişsiz olanda ümidləri hər yerdən kəsilir, yağış yağsa məhsul olur, yağmasa yox”-yerli camaat belə deyir.

Heyvandarlıqdan gələn gəlirlər də cüzidir. Kəndlilərin saziş bağladığı zavodlar isə məhsulu onlardan dəyər –dəyməzinə alır. Ümidləri hər yerdən üzülən qara camaat isə qazanc üçün xarici ölkələrə üz tuturlar.

Bunun da nəticəsində Gümrü , Aleverdi, Lori və sair kimi rayonlarda yetərli işçi qüvvəsi olmadığından digər fəsadlar da baş qaldırıb. Paytaxt və bir iki iri rayonlar xaric digər bölgələrdə sərnişindaçıma nəqliyyatı işləmir. Hər tərəfi zibil basıb. Dağ kəndlərində isə əhali acından ölür. Erməni mətbuatının özünün qabartdığı bu kimi problemlərə bağlı video materialları təqdim edirik.

Səbinə Həsənova
AzVision.az






Qalereya




Teqlər:  





Xəbər lenti