Litva yeni prezidentini seçdi

Litva yeni prezidentini seçdi
  26 May 2014    Oxunub:996
Litva prezidenti Dalya Qribauskayte dövlət başçısı postuna seçkilərin ikinci turunun nəticələrinə əsasən seçilib.
AzVision.az-ın Litva KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Baş seçki komissiyası məlumat verir.

Artıq səslərin 93 faizi hesablanıb. Prezident seçkilərinin ikinci tutunda Dalya Qribauskayte seçicilərin 58,68%-nin səsini toplaya bilib. Onun rəqibi – sosial demokrat Ziqmantas Balçitis isə 41,32 % səs yığıb.

Qribaskayte 60 seçki məntəqəsindən 52-ində qalib gəlib.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti