ABŞ Senatı İraqda hərbi gücdən istifadəyə dair qətnaməni ləğv edib

   ABŞ Senatı İraqda hərbi gücdən istifadəyə dair qətnaməni ləğv edib
  29 Mart 2023    Oxunub:745
ABŞ Senatı qanunvericilər tərəfindən Fars körfəzi və İraqda hərbi gücdən istifadəyə icazə verən 1991 və 2002-ci illərdə təsdiq edilmiş qətnamələrin ləğvini təsdiqləyib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, 66 senator icazələrin ləğvinin lehinə, 30 deputat isə əleyhinə səs verib. İndi bu təşəbbüslə bağlı səsvermə Konqresin Nümayəndələr Palatasında keçməlidir. Qanunverici orqanın aşağı palatasının spikeri Kevin Makkarti daha əvvəl layihəni dəstəklədiyini bildirib.

Onun həmmüəllifləri, o cümlədən senator Tim Kaine (D-Virciniya) hesab edir ki, İraq hazırda Yaxın Şərqdə ABŞ-ın strateji müttəfiqidir və qətnamələrin ləğvi bu ölkəyə dəstək siqnalı verir. Keynin sözlərinə görə, Konqres İraqda müharibənin başlaması ilə "tələsik qərar qəbul edib". 2002-ci ildə qətnamə Senat tərəfindən təsdiqlənməmişdən cəmi üç gün əvvəl nəzərdən keçirilib. Onun ləğvi təşəbbüsü mart ayında iki həftə ərzində müzakirə olunub.

"Biz müharibənin başa çatması məsələsinə müharibənin başlanılıb-başlanılmaması ilə bağlı vacib məsələyə ayrıldığından daha çox vaxt ayırdıq", senator deyib.

Qanunvericilərin fikrincə, qətnamənin ləğvi həm də Konqresin ABŞ-ın hərbi münaqişələrdə iştirakı ilə bağlı yekun qərar qəbul etmək hüququnu təsdiq etmək məqsədi daşıyır.

AzVision.az


Teqlər:





Xəbər lenti