“Barselona” növbəti mərhələdə - VİDEO

“Barselona” növbəti mərhələdə - VİDEO
  11 Aprel 2013    Oxunub:1570
Çempionlar Liqasının ½ finalında 4 klub iki ölkəni təmsil edəcək.
Bu gecə keçirilən iki oyunla UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulub.

AzVision.az-ın məlumatına görə, növbəti mərhələyə "Barselona" və “Bavariya” komandaları çıxıb. Gecənin maraqlı oyunu İspaniyada baş tutub. “Barselona” öz meydanında PSJ-ni qəbul edib. İlk oyunda 2:2 hesabla bərabərə bitən oyun, bu dəfə də sülhlə bitib. Amma bu bərabərlik “Barselona”nın növbəti mərhələyə keçməsinə imkan yaradıb. Digər oyunda isə "Bavariya" "Yuventus"un qonağı olub. İlk qarşılaşmada rəqibinə 2:0 hesaı ilə qalib gələn "Bavariya" yenidən bu hesabla qalib gələrək yarımfinala çıxıb.

Beləliklə "Real", "Borussiya" "Barselona" və "Bavariya" ÇL-in yarımfinalında mübarizəni davam etdirəcəklər. Bu o deməkdir ki, Çempionlar Liqasının ½ finalında 4 klub iki ölkəni təmsil edəcək.



AzVision.az


Teqlər:  





Xəbər lenti