I dünya müharibəsindən sonra Versal sülh müqaviləsi ilə Fransaya verilən Kolmar 1940-cı ildə də Nasist Almaniyası tərəfindən yenə ilhaq edilir və nəhayət, 1945-ci ildə “Kolmar döyüşü”ndən sonra Fransanın tərkibinə qatılır.
Belə zəngin tarixə malik şəhər Avropanın az qala hər ölkəsindən turistlərin baş çəkdiyi şəhərlərdən biridir.
Ren çayının qərb sahilində yerləşən və “Kiçik Venesiya” adlanan Kolmar İsveçrə və Almaniyaya çox yaxındır.
Kolmarda turistlərin ən çox marağına səbəb olan evlərdən biri isə Amerikadakı Azadlıq heykəlinin memarı Fredrik Oqüst Bartoldun doğulduğu ev və muzeyidir.
Burada 1300-1400-cü illərdən bəri varlığını qoruyub saxlayan evlər var.
Fatimə Kərimli