Tanzaniyada təyyarə gölə düşdü, 3 nəfər ölüb

   Tanzaniyada təyyarə gölə düşdü,    3 nəfər ölüb
  06 Noyabr 2022    Oxunub:710
Tanzaniyanın şimalında, Bukoba hava limanı yaxınlığında sərnişin təyyarəsinin Viktoriya gölünə düşməsi nəticəsində azı 3 nəfər həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə Tanzaniyanın “The Citizen” qəzeti məlumat yayıb.

Gölə düşən təyyarədən 26 nəfər xilas edilib.

Fransa-İtaliya istehsalı olan ATR 42-500 təyyarənin göyərtəsində 43 nəfər olub: 38 böyük sərnişin, 1 uşaq, 2 pilot və 2 digər ekipaj üzvü.

Tanzaniyanın ən böyük özəl hava yolu şirkəti "Precision Air"ə məxsus təyyarə ölkənin ən böyük şəhəri Dar əs-Salamdan havaya qalxıb. Eniş zamanı Bukoba hava limanının yaxınlığında güclü külək olub.

AzVision.az


Teqlər:





Xəbər lenti