Ermənistanda silah-sursat anbarı partlayıb

   Ermənistanda silah-sursat anbarı partlayıb
  06 Noyabr 2022    Oxunub:662
Bu günlərdə Ermənistan ordusunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrindən birinin döyüş mövqeyində güclü yanğın baş verib.
AzVision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, gecə saatlarında silah-sursat saxlanılan “vaqon-konteynerdə” baş verən yanğından bir müddət sonra partlayış müşahidə olunub.

Partlayış nəticəsində bir neçə erməni hərbçisi yaralanıb, tikili və silah-sursat yararsız hala düşüb.

Hadisədən dərhal sonra döyüş mövqeyinə bir neçə yanğınsöndürən və təcili tibbi yardım maşını gəlib.

Xəsarət alan hərbçilər hospitala yerləşdirilib.Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti