Cənubi Koreya və ABŞ birgə aviasiya təlimləri keçiriblər

Şənbə günü yerli vaxtla günorta radələrində ABŞ-ın iki “B-1B” strateji bombardmançısının son günündə manevrlərində iştirak edəcəyi məlum olub. Onlar Quam adasından gəlib və Cənubi Koreyaya məxsus dörd “F-35A” qırıcısı və ABŞ-ın 4 “F-16” təyyarəsi ilə birlikdə Koreya yarımadası üzərindən uçublar.
Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi bu səsdən sürətli bombardmançıların 2017-ci ildən bəri ilk dəfə Koreya yarımadasında istifadə edildiyini vurğulayıb.
AzVision.az
Teqlər: Cənubi-Koreya ABŞ