Ukrayna Rusiyanın İran silahlarından istifadəsinə qarşı sərt tədbirlər görmək niyyətindədir

“İranın xarici işlər naziri açıq şəkildə etiraf edib ki, Tehran Ukraynaya genişmiqyaslı müdaxilədən bir neçə ay əvvəl Rusiyaya pilotsuz uçuş aparatları (PUA) təhvil verib. Amma bundan qabaq İran Rusiyaya silah tədarükü həyata keçirdiyini inkar edirdi”, - o qeyd edib.
Onun sözlərinə görə, Tehran anlamalıdır ki, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi cinayətlərdə iştirak etməyin mənfi nəticələri Moskvaya dəstək verən zaman əldə etdiyi faydadan qat-qat böyük olacaq.
AzVision.az