Nigeriyada baş verən toqquşmalarda 18 nəfər ölüb

Benue əyalətinin rəsmisi Nataniel İkur bildirib ki, fulani icmasından bir qrup silahlı şəxs noyabrın 3-ü axşam saatlarında Ukohol kəndinə hücum edərək həmin vaxt bazarda olan 18 nəfəri güllələyib. Ölənlər arasında qadınlar və uşaqlar da var.
Fulani köçəriləri ilə fermerlər arasında münaqişə Nigeriyanın bir neçə əyalətini əhatə edir. Qarşıdurmanın mərkəzində torpaq hüquqları və su ehtiyatlarına çıxışla bağlı mübahisələr dayanır. Bəzən bu mübahisələr zorakılıqla müşayiət olunur və silahlı toqquşmalarla nəticələnir.
AzVision.az