ABŞ səfirliyindən İrəvandakı vətəndaşlarına xəbərdarlıq: "Ərazidən qaçın"

   ABŞ səfirliyindən İrəvandakı vətəndaşlarına xəbərdarlıq:    "Ərazidən qaçın"
  04 Noyabr 2022    Oxunub:1497
ABŞ-ın Ermənistandakı səfirliyi sabah müxalifətin keçirəcəyi mitinqlə bağlı vətəndaşlarına xəbərdarlıq edib.
AzVision.az "Sputnik-Armenia"ya istinadən xəbər verir ki, xəbərdarlığa səbəb intoqquşma və iğtişaşlar təhlükəsi olduğu bildirilib.

Səfirlik xəbərdarlıq edib ki, nümayişlərin keçiriləcəyi yerlər əvvəlcədən müəyyən edilməyə bilər, çünki iştirakçılar hər an istiqaməti dəyişir, nəqliyyatın hərəkətinə maneələr yaradır:

"Hətta dinc xarakter daşıyan nümayişlər qarşıdurmaya və ola bilsin ki, zorakı hərəkətlərə çevrilə bilər. Aksiya keçirilən ərazidən qaçın, yeniliklər üçün yerli medianı yoxlayın, izdihamdan , nümayişlərdən uzaq durun. Təhlükəsizliyiniz barədə dostlarınızı və ailənizi xəbərdar edin”, - diplomatik nümayəndəlikdən bildiriblər.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti