G7 xarici işlər nazirləri İranı PUA satmaqda ittiham edib

   G7 xarici işlər nazirləri İranı PUA satmaqda ittiham edib
  04 Noyabr 2022    Oxunub:1035
Yeddilik Qrupu (G7) ölkələrinin xarici işlər nazirləri İranı dövlətlərə və qeyri-dövlət subyektlərinə pilotsuz uçuş aparatları (PUA) ötürməkdə ittiham ediblər.
AzVision.az xəbər verir ki, bu barədə G7 xarici işlər nazirliklərinin rəhbərlərinin yaydıqları birgə bəyanatda deyilir.

"Biz İranın Yaxın Şərqdə və onun ətrafında sabitliyi pozan fəaliyyətini davam etdirməsini qətiyyətlə pisləyirik. Bunlara İranın ballistik və qanadlı raketləri, həmçinin pilotsuz uçuş aparatları və digər qabaqcıl silahların dövlətlərə və qeyri-dövlət subyektlərinə ötürülməsi daxildir", bəyanatda deyilir.

AzVision.az



Teqlər:





Xəbər lenti