Polşadan AK-ya çağırış: Gündəlik 1 milyon cəriməni dayandırın

      Polşadan AK-ya çağırış:    Gündəlik 1 milyon cəriməni dayandırın
  04 Noyabr 2022    Oxunub:999
Polşa hakimiyyəti Lüksemburqdakı Avropa Birliyinin Ədalət Məhkəməsinin gündə 1 milyon avro məbləğində cərimələnməsini dayandırmaq tələbi ilə Avropa Komissiyasına bəyanat göndərib.
Bu barədə Polsat telekanalının efirində Polşa hökumətinin Avropa məsələləri üzrə nümayəndəsi Şimon Şinkovski vel Senk bildirib. Onun sözlərinə görə, bəyanatda yeni hüquqi şəraitə işarə edən zəngin arqumentlər var: “Biz Avropa Komissiyasından cavab gözləyəcəyik”.

Ötən il oktyabrın sonunda Lüksemburq məhkəməsi Polşanı ölkənin Ali Məhkəmənin intizam kollegiyasının fəaliyyəti ilə bağlı hüquq normalarını dayandırmadığına görə Aİ-yə gündə 1 milyon avro cərimə ödəməsi ilə bağlı qərar çıxarıb.

AzVision.az


Teqlər:





Xəbər lenti