Kolerovu işdən qovdular

   Kolerovu işdən qovdular
  04 Noyabr 2022    Oxunub:1273
Rusiyalı ermənipərəst jurnalist Modest Kolerov Regnum informasiya agentliyinin baş redaktoru vəzifəsindən azad edilib. AzVision.az xəbər verir ki, bu barədə özü məlumat yayıb.
Kolerov qeyd edib ki, o, təsisçinin qərarı ilə işdən uzaqlaşdırılıb.

"İşdən uzaqlaşmağımla bağlı təsisçinin qərarının surətini almışam. Artıq baş redaktor REN TV-də işləyən Qriqoryev təyin olunub. O, necə deyərlər, sayta rəhbərlik edib", - Kolerov deyib.

Rusiyalı jurnalist onu da vurğulayıb ki, yeni rəhbərlikdən heç kim onunla əlaqə saxlamayıb və heç nə barədə xəbərdar etməyib. Jurnalist düşünür ki, bu, “onların düşmənçiliyik əhvalını göstərir”.

Qeyd edək ki, siyasi ekspert kimi də fəaliyyət göstərən Modest Kolerov uzun illər anti-Azərbaycan mövqeyi sərgiləməklə seçilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Kolerov  





Xəbər lenti