Bayden İranı azad edəcəyinə söz verdi - VİDEO

   Bayden İranı azad edəcəyinə söz verdi -    VİDEO
  04 Noyabr 2022    Oxunub:922
ABŞ prezidenti Co Baydenin tərəfdarları demokratlara dəstək kampaniyası zamanı onu İrandakı etirazlara diqqət yetirməyə çağırıblar.
Amerika lideri isə buna cavab olaraq bəyan edib ki, ABŞ İranı azad etmək niyyətindədir.

AzVision.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Ağ Ev rəhbəri bu qalmaqallı açıqlamanı aksiya iştirakçıları əllərində “FREE IRAN” (Azad İran) yazısı olan mobil telefonlar tutarkən deyib.

"Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə özləri özlərini azad edəcəklər", - Bayden deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran   Bayden  





Xəbər lenti