Rusiya rəsmən Britaniyanı gəmilərinə hücumda ittiham etdi

"Britaniyalıların bu cür qarşıdurma xarakterli hərəkətləri özündə vəziyyətin gərginləşməsi təhlükəsini daşıyır və bu gözlənilməz, təhlükəli nəticələrə gətirib çıxara bilər", - XİN-in məlumatında deyilir.
Rusiya gələcək potensial qarşıdurmalara görə məsuliyyəti də Londonunü zərinə atıb.
"Münaqişəyə birbaşa cəlb edilmə təhlükəsi yaradan bu cür aqressiv hərəkətlər davam edərsə, onların zərərli nəticələrinə və dövlətlərimiz arasında münasibətlərdə gərginliyin artmasına görə bütün məsuliyyət tamamilə Britaniya tərəfinin üzərinə düşəcək", - nazirlik qeyd edib.
Tural Tağıyev
AzVision.az