Ermənistan və Azərbaycan arasında parlamentlərarası dialoq noyabrda ola bilər - KİV

   Ermənistan və Azərbaycan arasında parlamentlərarası dialoq noyabrda ola bilər -    KİV
  03 Noyabr 2022    Oxunub:805
Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli parlamentlərarası dialoq tezliklə, ola bilsin, noyabrda baş tutacaq. Bu barədə RİA Novosti parlamentin yuxarı palatasındakı mənbəyə istinadən məlumat yayıb.
"Gələn həftə Federasiya Şurası Ermənistan və Azərbaycan qanunvericiləri ilə üçtərəfli parlamentlərarası dialoq aparmaq üçün danışıqlar qrupunun yaradılmasını müzakirə edəcək", - agentliyin həmsöhbəti bildirib.

Xatırladaq ki, oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderləri - İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın iştirakı ilə üçtərəfli sammit keçirilib. Danışıqların yekunu üzrə birgə bəyanat qəbul edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti