Rusların təyyarə itkisi SSRİ-nin Əfqanıstan itkilərini keçdi

Rusların təyyarə itkisi SSRİ-nin Əfqanıstan itkilərini keçdi
  03 Noyabr 2022    Oxunub:845
Rusiya Ukraynada SSRİ-nin Əfqanıstan müharibəsi zamanı verdiyi təyyarə itkisindən iki dəfə çox itki verib.
AzVision.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksiy Qromov brifinq zamanı deyib. Qeyd edilir ki, SSRİ-nin Əfqanıstanda 10 il ərzində 100-dən çox təyyarəsi vurulub.

Ukraynada isə 278 rus təyyarəsi sıradan çıxarılıb.

O, həmçinin bildirib ki, ruslar oktyabrın 27-dən 68 raket atıblar və 30 “Şahed-136” pilotsuz uçuş aparatından istifadə edilib. Raketlərin üçdə ikisi və PUA-ların 40 faizi Ukraynanın hava hücumundan müdafiəsi tərəfindən vurulub. Oktyabrın 31-də isə anti-dronun köməyi ilə Orlan-10 PUA -sı havada tutularaq yerə enməyə məcbur edilib.

Onun sözlərinə görə, Müdafiə Qüvvələri həftə ərzində rusların 4 təyyarəsi və 9 helikopterini vurub.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti