Azərbaycanda "Facebook" istifadəçilərinin sayı açıqlandı
"Facebook" Azərbaycanda ən populyar sosial şəbəkədir. Onun sosial media bazarında payı 68,63 faizdir.
Hesabat dövründə "Twitter" sosial şəbəkəsinin istifadəçilərinin sayında azalma qeydə alınıb. Bu dövrdə "Twitter"-in payı 22,74 faiz azalaraq 8,97 faiz təşkil edib. Bu da 2013-cü ilin analoji dövr göstəricisindən 23,92 faiz azdır.
Yanvar-apreldə "YouTube" istifadəçilərinin sayı 30,54 faiz artıb. "YouTube"-un Azərbaycanda bazar payı 8,59 faiz təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə "YouTube"-un auditoriyası 33,93 faiz azalıb.
4,15 faiz paya sahib "Tumbir" siyahının dördüncüsüdür.
"Odnoklassniki" sosial şəbəkəsinin istifadəçilərinin sayı 38,91 faiz azalıb. Bu sosial şəbəkənin bazar payı 3,47 faizdir.
Sonrakı yerləri "Pinterest" (2,8 faiz) və "Vkontakte" (1,68 faiz) tuturlar.(Trend.az)
Teqlər: