Çempionlar Liqasının səhifəsində Azərbaycanın reklamı

Çempionlar Liqasının səhifəsində Azərbaycanın reklamı
  01 May 2014    Oxunub:1137
UEFA Çempionlar Liqasının rəsmi facebook səhifəsində örtük (cover) şəkli dəyişdirilib və türkiyəli futbolçu Arda Turanın şəkli qoyulub.

Maraqlısı odur ki, Arda Turanın əynindəki `Atletiko` formasının üzərində `Azərbaycan – Odlar Yurdu` reklam yazısı var. Beləliklə, Çempionar Liqasının facebook səhifəsinə baxanlar da bu reklamı görürlər.

UEFA Çempionlar Liqasının rəsmi facebook səhifəsinə BURADAN keçmək olar.

AzVision.az


Teqlər:  





Xəbər lenti