Cəlal Qurbanovun yeni mahnısı da sevildi – VİDEO

Cəlal Qurbanovun yeni mahnısı da sevildi – VİDEO
  01 May 2014    Oxunub:11678
Bir neçə gün əvvəl AzVision.az bir çox məşhur mahnıların söz yazarı kimi tanınan nəğməkar-şair Cəlal Qurbanov yeni layihəsini oxucularına təqdim etmişdi.
Vals üslubunda olan yeni mahnı “Yoruldum” adlanır. Musiqisi Xanım İsmayılqızına aid olan mahnını xalq artisti Brilyant Dadaşova ifa edib.

Nəzərə alsaq ki, Cəlal Qurbanovun sözlərini yazdığı əksər mahnılar dinləyicilər tərəfindən sevilir, “Sən Azərbaycanlısan” isə meqahitə çevrilmişdi, yeni mahnının necə qarşılanacağı da maraq doğururdu.

Artıq demək olar ki, yeni mahnı da çox böyük maraqla qarşılanıb. 3 gündə AzVision.az saytında onu 34400 nəfər dinləyib. Oxucular mahnı haqqında müsbət rəylər bildiriblər. Saytın Facebook səhifəsində də həmçinin mahnını xeyli istifadəçi bəyənib. Ona görə, Cəlal Qurbanovun yeni layihəsinin də uğur qazandığını demək olar.




Teqlər:  





Xəbər lenti