Nazir müavini Bakıya gələcək

Nazir müavini Bakıya gələcək
  14 Fevral 2013    Oxunub:1948
Yunanıstanın 2014-cü ildə Avropa Birliyinə sədrlik etməsi bu ölkənin AB-Azərbaycan əlaqələrinin möhkəmlənməsində rol oynaya bilər
Yunanıstan xarici işlər nazirinin müavini Dimitris Kurkulasın rəhbərlik etdiyi iş adamlarından ibarət nümayəndə heyəti martın 6-8-də Azərbaycanda səfərdə olacaq.
Yunanıstan XİN-nin yaydığı məlumata görə, bu məsələ dünən Afinada Dimitris Kurkulasın Azərbaycan sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadovla görüşündə müzakirə olunub.
Yunanıstanın həm iqtisadi, həm siyasi sahələrdə əməkdaşlığı gücləndirməkdə maraqlı olduğu bildirilir. Gələcəkdə energetika, turizm, ticarət və xidmət sahəsində də qarşılıqlı əlaqələrin genişləndirilməsi də mümkün ola bilər.


Teqlər:  





Xəbər lenti