Yığmalarımızın rəqibləri bilindi - Avropa çempionatı

   Yığmalarımızın rəqibləri bilindi -    Avropa çempionatı
  31 May 2022    Oxunub:1943
17 və 19 yaşadək qadın futbolçular arasında 2023-cü il Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.
AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-17 millimiz B liqasında Slovakiya və Latviya yığmaları ilə birlikdə 3 komandalı qrupda yer alıb. Bu qrupun oyunları bu il 1 avqust - 20 noyabr tarixlərində Slovakiyada keçiriləcək.

Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında U-19 millimiz 1-ci qrupda Xorvatiya, Monteneqro və Kipr yığmaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları Xorvatiyada təşkil olunacaq. İlkin mərhələdə A liqasının qrup qalibləri növbəti mərhələyə vəsiqə qazanacaq. Sonuncu yeri tutan komandalar isə B liqasına düşəcək. Qeyd edək ki, milli komandamız B liqasında qərarlaşıb.

AzVision.az


Teqlər:





Xəbər lenti