İsgəndəriyyə Kitabxanasının direktoru Azərbaycana gəlir

İsgəndəriyyə Kitabxanasının direktoru Azərbaycana gəlir
  05 Aprel 2013    Oxunub:2113
Əfsanəvi İsgəndəriyyə Kitabxanasının direktoru Dr. İsmayıl Seragəldin Bakıya gəlir
Ərəb və Müsəlman dünyasında elmin yenidən inkişaf etdirilməsinin aparıcı nəhənglərindən biri olan, son 1600 illik tarixdə İsgəndəriyyə şəhərinin Baş Kitabxanaçısı titulunu daşıyan, qədim və əfsanəvi İsgəndəriyyə Kitabxanasının direktoru Dr. İsmayıl Seragəldin ərəb dünyasının tanınmış simaları təmsil olunan böyük nümayəndə heyyəti ilə həmsədri olduqu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi "Cənubi Qafqaz Forumu"nda iştirak etmək üçün Azərbaycana səfərə gəlir.

Bu barədə AzVision.az-a Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin icraçı direktoru Rövşən Muradov məlumat verib. O bildirib ki, dünya elm və mədəniyyətinin əfsanəsi, Dünya Bankında yoxsul ölkələrə yardım proqramlarının müəllifi, Ümumdünya Kənd Təsərrüfatı Qrupunun, Ümumdünya Su mühafizəsi Qrupunun, Yoxsul ölkələrə yardım qrupunun, mikromaliyələşdirmə birliyinin təsisçi rəhbəri olan İsmayıl Seragəldin 1992-2000-ci illərdə Dünya Bankının 1-ci vitse prezidenti vəzifəsində çalışmışdır. Amerika Elmlər Akademiyası məlumatlarına əsasən dünya əhalisinin 2,5 milyardının yaxın 40-50 il ərzində acından ölmək təhlükəsindən uzaq olması məhz cənab Seragəldinin apardığı siyasət nəticəsində real olub.

Nizami Gəncəvi - Azərbaycan təşəbbüsünün müəllifi və hamisi olan cənab Seragəldinin rəhbərliyi ilə Nizami Gəncəvinin bütün dünyaya yayılmış irsi öz doğma vətəninə qaytarılıb.

Fransada İlin Elm adamı, Ümumdünya Elektron Kitabxanasının təsisçi Direktoru, 60-dan çox nüfuzlu universitetin Fəxri Doktoru, Sivilizasiyalar Alyansının və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri olan cənab İsmayıl Seragəldin Cənubi Qafqaz Forumuna hazırlıq üzrə təşkilat Komitəsinin həmsədridir.

Ensiklopedik zəkaya malik olan əfsanəvi ziyalı, siyasətçi, strateg İsmayıl Seragəldin Azərbaycanı Şərq və Qərbin qovşağında yerləşən mühüm əhəmiyyətli ölkə olmasını vurğulayaraq, Şərqdə qadınlara seçib seçilmək hüququnu verən, ilk demokratiya anlayışını tebliq edən, dahi Nizami irsinin sahibi olan əsrlərə arxalanan Azərbaycanın təcrübəsindən bir çoxlarının yararlanmalı olduqunun əhəmiyyətini vurqulayır.

2013-cü il YUNESKO Baş Assambleyasının elm və təhsilin durumu üzrə Ali məruzəçisi olan cənab İsmayıl Seragəldin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən Cənubi Qafqaz Forumuna moderatorluq etməklə yanaşı Gəncə şəhəri 4000 illik keçmişi layihəsinində rəhbəridir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi cənab İsmayıl Seragəldinə Nizami Gəncəvi irsinin Azərbaycana qaytarılması təşəbbüsünə, Mərkəzə həmsədirlik etməsinə və Nizami Gəncəvinin irsinə həsr olunmuş bütün layihələrə himayədarlıq etməsinə görə dərin təşəkkür və ehtiramımızı bildiririk.

AzVision.az


Teqlər:  





Xəbər lenti